Reklam verin!
Yuma Ailə Jurnalı
Giriş Sayfası Yap.  R&T GROUP- REAL TƏKLİF
REAL TƏKLİF!

 

Biznes_consultingBiznes_consulting
 

Haqqımızda

 Bu xidmət   R&T GROUP  və  QLOBAL  İQTİSADİ  ARAŞDIRMALAR  Mərkəzinin  birgə əməkdaşlığı çərçivəsində   həyata keçirilir.

 

 

 

 

Xidmətlərimiz

Araşdırma xidməti

• Təşkilatın məqsəd və vəzifələrin uyğun istiqamətlərdə iqtisadi araşdırmaların apılması.

Təşkilatı xidmət

• Təşkilatın missiyasına uyğun konfrans,seminar və treninqlərin təşkili.

Məsləhət xidmətləri

• İSO 9001, 14001 standartları
• İxrac əməliyyatları
• Beynəlxalq Mühasibat Uçotu Sistemi
• Azərbaycanın ÜTT-yə üzvlüyünün şirkətin fəaliyyətinə təsirləri.

Ekspertlərimiz.

Şirkətimiz öz ətrafında iqtisadiyyatın aşağıdakı istiqamətləri üzrə təcrübəli yerli və beynəlxalq dərəcəli ekspertlər cəmləşdirmişdir:
• Kiçik və orta biznesin inkişafı
• İnvestisiya mühiti və onun cəlbi məsələləri
• Rəqabət
• Özəlləşdirmə
• Sənaye parkları və azd ticarət zonaları
• Regional sosial-iqtisadi inkişaf
• Beynəlxalq Mühasibat uçotu standartları
• Standartlaşdırma,uyğunluğun qiymətləndirilməsi və İSOstandartları (İSO 9001, İSO 14001, İSO 22000)
• Beynəlxalq ticarət və Ümumdünya Ticarət Təşkilatı

BİZİMLƏ BİRGƏ UĞURLARINIZA DOĞRU !

Qlobal  İqtisadi  Araşdırmalar  Mərkəzinin  təklif  etdiyi   Məsləhət   xidmətləri.  

1.     İSO 9001:2000

§        Keyfiyyət menecment sisteminin tətbiqi;

§        Treninqlərin təşkili;  ( Keyfiyyət  menecmenti,  Daxili  audit    s.  )

§        Sertifikatlaşdırma üçün vasitəçilik.  

2.     İSO 14001: 2004

§        Ətraf mühitin menecment sisteminin tətbiqi;

§        Treninqlərin təşkili;  ( Ətraf  mühitin  menecmenti , Daxili  audit    s. )

§        Sertifikatlaşdırma üçün vasitəçilik.  (  bütün  növlər  üzrə ) 

 3.     İxrac xidmətləri

§        İxrac üçün tələb olunan sənədlər və onların hazırlanması qaydaları;

§        İxraca tələb olunan rəsmi ödənişlər, onların hesablanması və ödənilməsi qaydaları;

§        İxraca aid digər əməliyyatlar.  (  Biznes  fəaliyyət  növündən  asılı olaraq  )  

4.     Ümumdünya Ticarət Təşkilatına üzvlüyün şirkətin fəaliyyətinə təsirləri

§        ÜTT-yə üzvlükdən sonra biznes mühitdə baş verəcək dəyişikliklər;

§        ÜTT-yə üzvlüyün gözlənilən səmərələri və şirkətlərin bundan bəhrələnmək imkanları;

§        ÜTT-yə üzvlükdən sonra ki yeni biznes və rəqabət mühitinə hazırlıq üçün strategiyaların hazırlanması.

   Beynəlxalq  Mühasibat  Uçotu  Sistemləri   üzrə  təlim kursları    məsləhət xidmətləri .  

kurs_1

 Beynəlxalq Mühasibat Uçotu kursu haqqında. Kursun təşkilində əsas məqsəd yerli mühasiblərə Uçot və Hesabatın yeni beynəlxalq sistemə uyğun aparılmasına dəstək göstərməkdir.  Kurs zamanı mühasiblərə nəzəri və praktiki cəhətdən ABŞ-da və Avropada tətbiq olunan Mühasibat uçotu sistemi tədris olunur. Kurslar aşağıdakı modullar üzrə aparılır. 

Kursun adıDərslərin sayıSaatların miqdarı
Fundamental biliklərMühazirələrin sayı 
Beynəlxalq Mühasibat Uçotunun Əsasları 1632
Excel-də Beynəlxalq Mühasibat Uçotu  sisteminin tətbiqi 612
Peşəkar səviyyəli biliklərStandartların sayı(İFRS və İAS) 
Beynəlxalq Mühasibat Uçotu Standartları3876
Milli Mühasibat Uçotu Standartları2856

  Təlim kursları Qlobal İqtisadi Araşdırmalar Mərkəzinin Beynəlxalq Mühasibat Uçotu sahəsində təcrübəli ekspertləri tərəfindən aparılır. 

* Tam kurs nəzəri materiallar, praktik tapşırıqlar, aralıq testləri və Sınaq imtahanını əhatə edir. 

 ** Tədris olunan standartların sayı müəssisənin fəaliyyət sahəsindən asılıdır. 

 *** İştirakçıların sayı 2 nəfərdən çox olarsa qiymətlərdə güzəşt vardır.  

****Kursu müvəffəqiyyətlə bitirənlərə Maliyyə Nazirliyi tərəfindən dəstəklənən sertifikat verilir.   

 

Kurs_2

 

“BEYNƏLXALQ   MÜHASİBAT   UÇOTUNUN  ƏSASLARI”  kursunun Proqramı   

Mövzuların adlarısaat
1.       Mühasibat uçotu sisteminə giriş2
2.       Mühasibat uçotunun nəzəri metodoloji əsasları2
3.       Uçotda Mühasibat (Maliyyə) Hesabatlarının təsviri 2
4.       Gəlir (Mənfəət və zərərlər haqqında) hesabatı2
5.       Xüsusi kapitalda dəyişiklik haqqında hesabat2
6.       Mühasibat Balansı 2
7.       Pul vəsaitlərinin hərəkəti haqqında hesabat2
8.       Əməliyyatların təhlili və uçotu prosesi2
9.       İkili yazılış mühasibat uçotu sistemi4
10.  Sənədləşmə və inventarlaşma2
11.  Məhsul satışının uçotu2
12.  Avans üzrə hesablaşmaların uçotu2
13.  Mal-materialların uçotu2
14.  Uzun müddətli aktivlərin uçotu4
15.  İstehsal xərclərinin uçotu4
 Cəmi32

Mühasibat uçotu   üzrə   Məsləhət  xidmətləri :

MX

Beynəlxalq  Mühasibat  Uçotu  Sistemi   Vergi uçotu üzrə  məsləhət xidmətlərimiz  aşağıdakıları  əhatə  edir. 

  1. Beynəlxalq mühasibat uçotu sisteminin ilk dəfə qurulması;

·         Əməliyyatların qeydiyyatının GAAP prinsipinə uyğun olaraq aparılması;

·         Hesabatların T hesab (Double entry) və horizontal üsulla hazırlanması.

2.Beynəlxalq standartlara (GAAP prinsiplərinə) və Milli Mühasibat Uçotu Standartlarına (MMUS) uyğun mühasibat (maliyyə) hesabatlarının hazırlanması;

  •      Müəssisə balansının hazırlanması;
  •          Gəlir (mənfəət və zərərlər) haqqında hesabatın hazırlanması; 
  •           Xüsusi kapitalda dəyişiklik haqqında hesabatın hazırlanması;
  •           Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması.

   3.Vergilərin hesablanması ilə bağlı məsləhətlər;

   4.Vergi bəyannamələrinin doldurulması ilə bağlı məsləhətlər.

 Əlaqələndirici şəxs: 

                                                     

Rauf H.Əliyev

 Tel: (+994 50) 442 19 24    E-mail: raufh.aliyev@mail.ru

Açar sözlər:

Yazar: rtgroup | Tarix: İyun 8, 2008 16:25 | R&T GROUP BIZNES CONSULTING | Şərhlər(1) | Baxış sayı: 556

Şərhlər

1
Ramin yazıb:

Bu kursu keçən Firudin və Radil müəllimlərə təşşəkkür edirəm. Hər bir işləri uğurlu olsun.

Noyabr 12, 2008 0:37

Şərh yazın

captcha